Azad edilmiş ərazilərdə görüləcək işlər müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Azad edilmiş ərazilərdə görüləcək işlər müzakirə edildi

Hadisə

29 Dekabr 2020 11:22 731


Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 2020-ci ilin yekununa və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, kollegiya iclasında Nazirliyin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak edib.

İclasda ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, növbəti ildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin Strateji Fəaliyyət və Tədbirlər Planlarının hazırlanması, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşri, meşə ilə örtülü ərazilərin genişləndirilməsi proqramı müzakirə olunub və ilin yekununa dair hesabatlar dinlənilib. pizza sifarişi

Sonda nazirliyin tabeli qurumlarının rəhbərlərinə qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!