"Azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq məsələsi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir: Dördpendirli pizza
"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir. Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil".
Qeyd edək ki, sosial şəbəkə platformalarında işğaldan azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilməməsi ilə bağlı iddialar yayılıb.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı digər işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərə də sorğu göndərmişik.
Telegram kanalımız