Azad edilmiş ərazilərə keçmək istəyən 1400-dən çox insan   SAXLANILIB

saytların hazırlanması

Evə çatdırılma

Azad edilmiş ərazilərə keçmək istəyən 1400-dən çox insan SAXLANILIB

Rəsmi

01 İyun 2021 13:31 687


Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Yenisabah.az-a bildirilib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınan məlumatlar nəticəsində 2021-ci ilin may ayında 2 hadisə nəticəsində 5 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb.

Nəticədə bir hərbçi həlak olub, iki mülki şəxs və iki hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib. Pepperoni pizza

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

May ayında 1 nəfər Ermənistan vətəndaşı müharibə zamanı həlak olmuş şəxslərin meyitini axtararkən Füzuli rayonu ərazisində mina partlayışına məruz qalıb. Azərbaycan tərəfinin müvafiq strukturları lazımi ilkin yardımı göstərdikdən sonra həmin şəxs təxliyyə edilib.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar. Lakin təəssüf hissi ilə bildiririk ki, azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslər hələ də var və bu günədək 1400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb", - Minalar Əleyhinə Azərbaycan Kampaniyasından bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!