Azad edilmiş torpaqlara getdilər - 17 ton dəmir oğurladılar

saytların hazırlanması

Evə çatdırılma

Azad edilmiş torpaqlara getdilər - 17 ton dəmir oğurladılar

Kriminal

29 Yanvar 2022 12:28 790


İşğaldan azad olunan torpaqlardan qənimət kimi toplanaraq Goranboy rayonu ərazisində saxlanılan 17 ton müxtəlif təyinatlı dəmirləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nuradil Verdiyev, Nadir Nadirov və Vüsal Hüseynov ötən ilin noyabr ayında və cari ilin müvafiq dövründə Goranboy rayonu Gülüstan kəndi ərazisindən 1ədəd traktor sepi, 1 ədəd asfalt hamarlayan mexaniki nəqliyyat vasitəsinə məxsus hissəni və digər dəmir konstruksiyaları oğurlayaraq Gəncə şəhərindəki metal qəbulu məntəqəsinə satıblar.

Şübhəli şəxslər Xocalı RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!