Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Hadisə

03 May 2021 17:17 829


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-danYenisabah.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 847 807 m² (285 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. pizza

Məlumata görə, ötən ilin noyabrın 10-dan aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 20 280 727 m² (2 028 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!