Azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər saxlanıldı

Kriminal

19 Mart 2021 14:35 697


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində işğaldan azad olunmuş Ağdam rayonun ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri Elvin Şükürov və Dayandur Quliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!