AZAL Bakı-Astana reyslərinin sayını artırır

saytların hazırlanması

Evə çatdırılma

AZAL Bakı-Astana reyslərinin sayını artırır

Sosial

12 May 2025 17:40 202


"Azərbaycan Hava Yolları" QSC (AZAL) sabahdan Bakıdan Qazaxıstanın paytaxtı Astanaya reyslərin sayını artıracaq.

Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, reyslərin həftəlik sayı 3-dən 4-ə qaldırılacaq. Pepperoni pizza

Bundan başqa, mayın 31-dən "Air Astana" aviaşirkəti Atırau-Bakı-Atırau marşrutu üzrə uçuşlara başlayacaq. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!