AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

saytların hazırlanması

Evə çatdırılma

AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

İqtisadiyyat

15 Aprel 2021 08:51 876


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Naxçıvana və əks-istiqamətdə həyata keçirilən reyslərin sayını 4-dən 3-ə endirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslərin sayının azaldılması tələbatın az olması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Belə ki, bu ayın sonuna qədər saat 16:20-də yerinə yetirilən uçuş olmayacaq. Aviarayeslər gündə 3 dəfə - saat 8:00, 13:40 və 19:20-də həyata keçiriləcək. Mayın 1-dən isə uçuşların gündə 4 dəfə həyata keçirilməsi nəzərdə tutulur. pizza mizza

Qeyd edək ki, hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!