AZAL bu reysləri bərpa etdi

saytların hazırlanması

Evə çatdırılma

AZAL bu reysləri bərpa etdi

Sosial

09 May 2025 11:06 534


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Moskva şəhəri üzərində hava məkanında mövcud olan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Bu səbəbdən Bakı-Moskva-Bakı istiqaməti üzrə aviareyslərin icrası yenidən mümkün olub.

AZAL-ın Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, uçuşlar artıq dünən axşamdan etibarən tam şəkildə bərpa edilib və hazırda cədvələ uyğun olaraq ştat rejimində həyata keçirilir.

Qeyd edək ki, daha əvvəl Moskva üzərində hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən bu marşrut üzrə uçuşlar müvəqqəti olaraq dayandırılmışdı. Məhdudiyyətlərin aradan qaldırılması Bakı və Moskva arasında hava nəqliyyatının normallaşmasına şərait yaradıb. pizza hut

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!