AZAL-dan Bakı-İstanbul-Bakı aviareysinin bilet qiymətləri ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan Bakı-İstanbul-Bakı aviareysinin bilet qiymətləri ilə bağlı açıqlama

Sosial

26 İyun 2020 23:08 2007


“Azərbaycan Hava Yolları” QSC – AZAL Bakı-İstanbul-Bakı aviareysinin bilet qiymətləri ilə bağlı açıqlama yayıb.

AZAL-dan Yenisabah.az-a daxil olan məlumatda deyilir:

“Daha əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində AZAL Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb. Dominos pizza

Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.

Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə, xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!