AZAL-dan bilet qiymətləri ilə bağlı mühüm   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan bilet qiymətləri ilə bağlı mühüm AÇIQLAMA

Maraqlı

23 Fevral 2023 19:20 5509


Yüksək inflyasiya templəri və yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir.

Yenisabah.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

O qeyd edib ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Onun sözlərinə görə, təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik. Dominos pizza

Samir Rzayev vurğulayıb ki, bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə, bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!