AZAL-dan işdən çıxarılanlarla bağlı açıqlama...

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan işdən çıxarılanlarla bağlı açıqlama...

Siyasət

11 Avqust 2020 12:02 3658


Mətbuatda yayılan məlumata görə, Prezident İlham Əliyevin şirkətlərin yarıtmaz fəaliyyətini sərt şəkildə tənqid etməsindən sonra AZAL-da təmizləmə əməliyyatı aparılıb. Belə ki, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də yer alır. Həmçinin  Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən  AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bu haqda rəsmi məlumatın olmadığını vurğulayıb.

“Rəsmi məlumat olan kimi, biz onu paylaşacağıq”, - deyə bildirən qurum rəsmisi iddiaları nə təkzib, nə də təsdiq edib. Dominos pizza

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!