AZAL-dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

Sosial

23 May 2025 14:29 326


Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməsi ilə bağlı iddialara cavab verib.

Yenisabah.az xəbər verir ki, qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır.

"Qeyd etmək istərdik ki, bu xidmət yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə xidmətdir. Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda, hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur. pizza

Bununla yanaşı, eyni bron daxilində olan ailə üzvləri və ya sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur.

Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın bir hissəsidir", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!