AZAL-dan Türkiyədə qalan azərbaycanlılarla bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan Türkiyədə qalan azərbaycanlılarla bağlı AÇIQLAMA

Sosial

15 Mart 2020 18:48 1480


Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.  

AZAL-dan "Yeni Sabah"a verilən məlumata görə, Azərbaycan vətəndaşları bu reyslər vasitəsilə vətənə çatdırılacaqlar.  

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaq.   Dördpendirli pizza

Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək. Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.  

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılıb.  

“Qaynar xətt”in nömrəsi: +90 537 282 67 40 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!