AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”

AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”

Hadisə Veb saytların hazırlanması

22 Sentyabr 2023 10:30 24544


Sentyabrın 22-də AZAL-ın Bakı-Praqa aviareysini həyata keçirən təyyarəsində texniki problem yaranıb. Bu səbəbdən uçuş təxirə düşüb.

“Yeni Sabah” Globalinfo.az-a istinadən xəbər verir ki, təxminən 2 saatlıq araşdırmadan sonra pilot təyyarə ilə uçmağın riskli olduğu bildirib və uçuşdan imtina edilib. Onun bu sözlərini sərnişinlər eşidiblər.

Bundan sonra AZAL təyyarəni dəyişmək qərarına gəlib. Sərnişinlər ikinci təyyarəyə yerləşdiriliblər.

Birinci təyyarə AİRBUS -A 319 olub. Hazırda  uçacaq təyyarə isə AİRBUS-A 320 markal təyyarədir.

Xatırladaq ki, son vaxtlar AZAL-ın təyyarələrində texniki problemlər çoxalıb. Ona görə analoji vəziyyət tez-tez yaranır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!