AZAL-ın prezidenti: “Təyyarəyə üç xarici təsir olub”

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın prezidenti: “Təyyarəyə üç xarici təsir olub”

Hadisə

29 Dekabr 2024 19:14 790


Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.

“Yeni Sabah” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev hava limanındakı vida mərasimində deyib.

O bildirib ki, qara qutu artıq açılıb oxunur: pizza sifarişi

“İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir”, – o deyib.

S. Rzayev əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!