AZAL-ın təyyarəsini vuran “Pantsir-S” Qroznıdan çıxarıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın təyyarəsini vuran “Pantsir-S” Qroznıdan çıxarıldı - Foto

Hadisə

30 Dekabr 2024 10:03 1535


Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarəni vuran "Pantsir-S" HHM sistemini Qroznıdan çıxarıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.

“Pantsir-S” sisteminin çıxarıldığını əks etdirən foto da yayan alim bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb. Pepperoni pizza

“Pantsir-S” sistemi Qroznıya Ukrayna PUA-larının “Əhməd” xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!