AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

saytların hazırlanması

Evə çatdırılma

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

İqtisadiyyat

10 Aprel 2024 13:07 1979


Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları" QSC (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir.

“Yeni Sabah” AZAL-a istinadən xəbər verir ki, aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə — Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək. Toyuqlu pizza

Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!