AZAL qəzasının qəhrəmanlarından Aydan Rəhimli uzun aradan sonra ÜZƏ ÇIXDI - FOTOlar

saytların hazırlanması

Evə çatdırılma

AZAL qəzasının qəhrəmanlarından Aydan Rəhimli uzun aradan sonra ÜZƏ ÇIXDI - FOTOlar

Sosial

25 Avqust 2025 09:37 1631


Ötən il dekabrın 25-də baş verən və Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəza ilə nəticələnən hadisəsi ölkə ictimaiyyətinin yaddaşında dərin iz qoymuşdu.

Milli.Az xəbər verir ki, həmin faciəvi hadisədən sağ çıxan və göstərdiyi fədakarlıqla yadda qalan bələdçi Aydan Rəhimli uzun müddət susqunluqdan sonra yenidən ictimaiyyət qarşısına çıxıb.

Xatırladaq ki, qəza zamanı sərnişinlərin xilas edilməsində böyük rol oynayan Aydan Rəhimli göstərdiyi şücaət və peşəkarlığa görə dövlət başçısının sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdi. Onun bu addımı həm Azərbaycanda, həm də beynəlxalq aviasiya ictimaiyyəti arasında yüksək qiymətləndirilmişdi. pizza mizza

Məlumata görə, Aydan Rəhimli hazırda səhhətindəki problemləri geridə qoyaraq normal həyatına qayıdıb. Onun yenidən görünməsi sosial şəbəkələrdə böyük maraq doğurub və çoxsaylı istifadəçilər qəhrəman bələdçiyə dəstək mesajları ünvanlayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!