AZAL təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI -   Yekun hesabat...

saytların hazırlanması

Evə çatdırılma

AZAL təyyarəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Yekun hesabat...

Hadisə

19 Fevral 2025 10:41 2542


AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın başa çatması üçün son müddət açıqlanıb.

Yenisabah.az tengrinews.kz-yə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev danışıb.

O, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat barədə bildirib: pizza mizza

"ICAO-nun tövsiyə etdiyi tələblərə və standartlara uyğun olaraq, araşdırma 1 il davam edir. Müvafiq olaraq, bu ilin dekabr ayına qədər istintaqla bağlı yekun hesabat tamamlanmalıdır".

Lastayev qəza ilə bağlı cinayət işi üzrə istintaqın gedişi ilə bağlı şərh verə bilməyib:

"Cinayət araşdırması artıq prokurorluğun səlahiyyətindədir. Bu məsələ ilə birbaşa məşğul olan əməliyyat-istintaq qrupu var".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarının (AZAL) “Embraer” təyyarəsinin iştirakı ilə faciəvi təyyarə qəzası baş verib. Bakıdan Qroznıya uçan təyyarə məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!