Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişi barədə məlumat yayıb.
"Yeni Sabah" tengrinews.kz-a istinadla xəbər verir ki, istintaqın birinci hissəsi cinayət xarakterlidir və bu işi Qazaxıstanın Baş Prokurorluğu rusiyalı həmkarları ilə birlikdə aparır. İkinci hissə texnikidir və o, Nəqliyyat Nazirliyinin icrasındadır.
Bozumbayev bildirib: "Nəqliyyat Nazirliyi araşdırmanın son mərhələsindədir. Ona görə də hazırda lisenziya verənlərdən və ya texnologiya sahiblərindən yekun nəticələri gözləyirik: aviasiya alətləri və s. Prinsipcə, Nəqliyyat Nazirliyi ilə araşdırmanı başa çatdırmağa hazırıq. Ola bilsin ki, bu il və ya gələn ilin əvvəlində". Dördpendirli pizza
Baş nazir müavini əlavə edib ki, Baş Prokurorluqla da iş gedir.
"Baş Prokurorluğa gəlincə, onlar sıx təmasdadırlar. Orada da irəliləyiş var. Qonşu dövlətlərin müxtəlif rəhbərlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, gələn il də bu iş başa çatacaq", - Bozumbayev qeyd edib.
Xatırlatma: bir müddət əvvəl Qazaxıstan nəqliyyat nazirinin müavini Maqsat Kaliakparov hökumətin keçirdiyi brifinqdə AZAL-ın təyyarə qəzasının təhqiqatı ilə bağlı hesabatın bu ilin sonuna kimi təqdim ediləcəyini bildirmişdi.
Telegram kanalımız