AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıblar.
O bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib. pizza hut
Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.
Telegram kanalımız