AZAL təyyarəsinin sərnişinləri Bakıya yollandılar

saytların hazırlanması

Evə çatdırılma

AZAL təyyarəsinin sərnişinləri Bakıya yollandılar

Sosial

20 Oktyabr 2025 14:03 339


Sankt-Peterburq-Bakı reysini yerinə yetirən və Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Azərbaycanın paytaxtına yola salınıblar.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Hava Yollarından (AZAL) məlumat verilib. 

Bildirilib ki, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə AZAL aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib. Marqarita pizza

"Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.

AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir", - AZAL-dan bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!