AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb

saytların hazırlanması

Evə çatdırılma

AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb

Sosial

16 May 2025 17:41 210


16 may 2025-ci il, Bakı – AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi hava hərəkətinin idarə edilməsi sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan “ATM Awards 2024” beynəlxalq mükafatının “Collaboration and Community” kateqoriyasında yüksək yerə layiq görülüb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, bu nominasiyada müxtəlif aviasiya sektorunun iştirakçıları arasında əməkdaşlıq vasitəsilə hava hərəkətinin idarə edilməsində dayanıqlı, çevik və effektiv inkişafı təşviq edən layihələr dəyərləndirilir.

AZANS bu uğuru "NATS Green Aviation Insights" (GAIN) layihəsi çərçivəsində əldə edib. NATS (Böyük Britaniya), AZANS (Azərbaycan), CAAM (Malayziya) və "skeyes" (Belçika) kimi aparıcı aeronaviqasiya xidməti təminatçıları ilə birgə həyata keçirilən layihə bu kateqoriyada ikinci yerə layiq görülüb. Birinci yeri isə “Collaboration and Community” nominasiyasında pilotsuz uçuş aparatlarının ümumi hava məkanına inteqrasiyası layihəsi ilə ABŞ-nın Federal Aviasiya İdarəsi (FAA) və NASA qazanıb. Pepperoni pizza

 “GAIN layihəsinin yüksək səviyyədə tanınması və FAA ilə NASA-nın təşəbbüsü ilə yanaşı ən yaxşılar arasında yer alması bizim üçün böyük şərəfdir. Bu nailiyyət AZANS-ın hava hərəkətinin idarə edilməsi sahəsində dayanıqlı yanaşmaların inkişafına verdiyi fəal töhfəni nümayiş etdirir və Azərbaycanın qlobal aviasiya arenasındakı mövqeyini daha da möhkəmləndirir. Bütün tərəfdaşları və layihə iştirakçılarını səmimi-qəlbdən təbrik edirik!” — deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.

GAIN təşəbbüsü hava hərəkətinin idarə edilməsi sahəsində ekoloji dayanıqlılığı artırmağa yönəlmiş beynəlxalq bir layihədir. O, şəffaflıq, məlumatlara əsaslanan yanaşma və aeronaviqasiya təminatçıları arasında müqayisəli təhlil mexanizmlərinin tətbiqi ilə həyata keçirilir. GAIN müxtəlif ölkələrdən olan tərəfdaş qurumların əməkdaşlığının daha ekoloji və texnoloji cəhətdən inkişaf etmiş bir aviasiya gələcəyinin formalaşmasında oynadığı mühüm rolu nümayiş etdirir.

ATM Awards 2024 mükafatının nəticələri Airspace World 2025 sərgisi çərçivəsində, 13-15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində açıqlanıb.

 

 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!