Yunanıstanda məhkəmənin qərarına əsasən, AEK - "Zaqreb" (Dinamo) matçı öncəsi iğtişaşlarda ittiham olunan 105 nəfər saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunu ərəfəsində iki klubun azarkeşləri arasında dava olub. Dava zamanı Yunanıstan təmsilçisi 29 yaşlı azarkeşi Mixalis Katsouris bıçaq xəsarəti alaraq dünyasını dəyişib. Avqustun 8-də Afinada keçirilməsi planlaşdırılan oyun avqustun 19-na təyin edilib.
Qeyd olunur ki, saxlanılan şəxslər fanatın ölümündə iştiraklarını inkar edirlər. Prokurorluq 4-ü ağır, o cümlədən qəsdən adam öldürmə və cinayət təşkilatında iştirak kimi 11 cinayət üzrə ittiham irəli sürüb. Dördpendirli pizza
Telegram kanalımız