Azarkeş sevincini gözyaşardıcı qazla gözündə qoyan polislərimiz

Azarkeş sevincini gözyaşardıcı qazla gözündə qoyan polislərimiz

İdman Veb saytların hazırlanması

01 Avqust 2019 11:47 1266


Dünən “Qarabağ” – “Dundalk” matçında İmarət Azad Azarkeş qrupunun üzvlərinə qarşı polis müqavimətinin şahidi olduq. 

Bu müqavimət son hədd idi. Elə bir hədd ki, Azərbaycan polisi öz vətəndaşına gözyaşardıcı qaz, dubinka və.s istifadə etməkdən də çəkinmədi, ehtiyatlanmadı. 

Məsələ əslində 2 azarkeş arasında olan kiçik anlaşılmazlıqla başlamışdı. Amma adı üzərində - kiçik anlaşılmazlıq. 

Polislər isə bu kiçik anlaşmaya böyük fon verməyi lazım bilib hərəkətə keçdi. Bununla da hadisə daha iyrənc tonda gözlərimizin qarşısında cərəyan etməyə başladı. Özünü pis hiss edən kim, qazdan boğulan kim, əlini-qolunu tutub qaçan kim. Yəni, buna son hədd deməyi belə bacarmıram. Bu hədsizlik idi. 

Düzdür, ilk dəfə yaşanmırdı belə şeylər. Amma bu son da deyil. Nə zamansa yenə bu hallarla üzləşən azarkeşlər olacaq. Azarkeş başkəsən deyil, azarkeş quldur deyil, azarkeş öldürmür, azarkeş kiməsə öldürücü həyati zərbələr yetirmir. 

Amma dünənki o boğucu, nəfəsə qənim kəsilən qaz kimlərinsə ciyərini parçalayıb öldürə də bilərdi. Heçmi bunu düşünmədilər, bilmirəm. 

Azarkeş ora sevdiyi klubu dəstəkləmək adına getmişdi. Dəstəklədi də. Amma qələbəyə doyunca sevinə bilmədi. Çünki Azərbaycan polisi bu sevinci nə qədər tərəfkeşin gözündə qoydu sıxdığı qazla. Haqlı və ya haqsız azarkeşə qarşı bu dərəcədə  müqavimət yolverilməzdir. Daşdan deyillər, dəmirdən deyillər. 

Ümid edirəm ki, bu kimi halların qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçiriəcək. İllərdir, alınmayıb, öyrəşiləndir. Amma bu vəziyyət artıq bir dərs olmalıdır. Profilaktik tədbirlərin həyata keçirilməsi üçün kiminsə öldürülməsini gözləyirik, ya nə?

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!