Premyer Liqanın 36-cı turunun matçında "Nyukasl"ın baş məşqçisi Eddi Hauya hücum edən "Lids Yunayted"in azarkeşi ömürlük klubun oyunlarından kənarlaşdırıb.
Yenisabah.az xəbər verir ki, matç zamanı azarkeş "Nyukasl"ın texniki zonasına daxil ola bilib və klubun baş məşqçisini itələyib.
Mayın 13-də keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Dördpendirli pizza
"Lids" hazırda 31 xalla Premyer Liqa cədvəlində 18-ci yerdədir. “Nyukasl” isə 66 xalla 3-cü pillədə qərarlaşıb.
Telegram kanalımız