Azarkeşin stadiona atdığı telefonu yerdən götürərək... - Futbolçudan maraqlı zarafat + Video

saytların hazırlanması

Evə çatdırılma

Azarkeşin stadiona atdığı telefonu yerdən götürərək... - Futbolçudan maraqlı zarafat + Video

İdman

18 Fevral 2020 17:40 408


Çili futbol çempionatının son turunda keçirilən "Universitad Katolika" – "Kolo-Kolo" matçı zamanı maraqlı hadisə yaşanıb. "Yeni Sabah" xəbər verir ki, oyunun 2:0 hesabla bitməsi rəqib azarkeşləri qəzəbləndirib. Tərəfdarlar stadiona yad cisimlər atmağa başlayıblar. Azarkeşlərdən birinin atdığı telefon meydan sahiblərinin qapıçısı Matias Dituronun önünə düşüb. Qolkiper mobil cihazı yerdən götürərək özünü telefonla danışırmış kimi göstərib. Onun bu zarafatı sosial şəbəkələrdə gündəm olub. Həmin anları əks etdirən video isə baxış sayı üzrə rekord qırıb: https://www.youtube.com/watch?v=feZk5V4xBRY&fbclid=IwAR3ieME70jnYzrEIBeymKeBYDYWInjkY1jKxQfWkPrFfLHLf_6W8bEu8e_w
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!