Azarkeşlər rəqib komandanın futbolçusunun başını yardılar

saytların hazırlanması

Evə çatdırılma

Azarkeşlər rəqib komandanın futbolçusunun başını yardılar

İdman

06 Aprel 2023 14:56 893


Ötən gün Niderland kubokunun yarımfinalında keçirilən “Feyenoord" - "Ayaks" görüşündə daha bir insident yaşanıb.

Yenisabah.az xəbər verir ki, azarkeşlər qonaq komandanın futbolçusu Deyvi Klassenin başına əşyalar atıblar.

Hər şey komandanın kapitanları Duşan Tadiç və Orkun Kökçu arasında 60-cı dəqiqədə "Feyenoord" azarkeşlərinin tribunasının yaxınlığında yaşanan münaqişə ilə başlayıb. Futbolçular arasında mübahisə zamanı "Feyenoord"un fanatları Klassenə əşya ataraq onun başına xəsarət yetiriblər. Bu hadisədən sonra matç 20 dəqiqədən çox dayandırılıb, futbolçular paltardəyişmə otağına yollanıblar. Pepperoni pizza

Oyun bərpa edildikdən sonra Klassen meydana qayıdıb. Lakin bir neçə dəqiqədən sonra o, matçı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, sözügedən görüşdə "Ayaks" 2:1 hesabı ilə qalib gəlib. Deyvi bu oyunda komandasının qələbə qoluna imza atıb.

Xatırladaq ki, həmin oyunda daha bir insident yaşanmışdı. Azarkeşlər "De Kuip" stadionunda atəşfəşanlıq etmişdilər. Arenanı bürüyən güclü tüstüyə görə baş hakim Allard Lindout dərhal oyunu dayandırmaq məcburiyyətində qalmışdı. Sonra isə matç daha bərpa olunmuşdu.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!