Azarkeşlərə şad xəbər: Premyer Liqa oyunlarına buraxılacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Azarkeşlərə şad xəbər: Premyer Liqa oyunlarına buraxılacaqlar

İdman

14 Avqust 2021 12:42 1251


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında məlumatı təsdiqləyib: pizza sifarişi

"Klublarımızın Avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".

 Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!