Azarkeşləri “Sumqayıt”ı belə ziyana saldı

saytların hazırlanması

Evə çatdırılma

Azarkeşləri “Sumqayıt”ı belə ziyana saldı

İdman

04 Fevral 2020 10:25 1141


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, toplantıda Premyer Liqanın XV turu ilə bağlı qərarlar qəbul edilib. 

“Neftçi” – “Sumqayıt” oyununda ev sahibi komandanın oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Elə həmin matçda “Sumqayıt” klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün kluba 800 manat cərimə kəsilib. pizza sifarişi

“Səbail” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 800 manat cərimə olunub.

“Qəbələ”  - “Keşlə” oyununda qonaqların 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!