“Azarkeşsiz futbol klounsuz sirk kimidir“   - Ronaldo

saytların hazırlanması

Evə çatdırılma

“Azarkeşsiz futbol klounsuz sirk kimidir“ - Ronaldo

İdman

09 Sentyabr 2020 17:10 790


"Azarkeşlərin tribunalarda fit çalmalarını sevirəm. O zaman tüklərim biz-biz olur".

Yenisabah.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının 2-ci turunda İsveçi səfərdə məğlub etdikləri (2:0) matçdan sonra deyib.

O, "Record"a açıqlamasında  azarkeşsiz oyunu klounsuz sirkə bənzədib: "ÜST azarkeşləri qəbul etməklə bağlı şəraitin olmadığını deyirsə, deməli, belədir. Sağlamlıq və insanların həyatı birinci yerdədir. Ancaq azarkeşsiz futbol klounsuz sirkə və ya çiçəksiz bağa getmək kimidir". pizza

Xatırladaq ki, bu oyunda dubl edən Ronaldo milli komandalarda 100 qol həddinə çatan ikinci futbolçu olub. O, yalnız İran millisinin hücumçusu Əli Daeidən geri qalır. Onun aktivində 109 qol var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!