Azay Quliyev Oktay Gülalıyevdən yazdı

saytların hazırlanması

Evə çatdırılma

Azay Quliyev Oktay Gülalıyevdən yazdı

Siyasət

11 Dekabr 2019 18:28 1108


Azay Quliyev Heydər Əliyev Fonduna təşəkkür edərək Oktay Gülalıyevin sağlamlıq durumundan istifadə edib çirkin siyasi kampaniya aparanları sərt şəkildə qınayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə  Azay Quliyev "tvitter" hesabında yazıb: "Heydər Əliyev Fondunun Oqtay Gülalıyevin müalicəsi üçün göstərdiyi hərtərəfli dəstək və bu dəstəyin bundan sonra da davam edəcəyi barədə verdiyi son açıqlama ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir və təqdir olunur.

Təəssüflər olsun ki, baş vermiş bu bədbəxt hadisədən özünün cılız siyasi məqsədləri üçün istifadə edənlər və Fondun bu nəcib və xeyirxah addımını qaralamaq məqsədilə siyasi şou düzəldənlər də var. Hesab edirəm ki, sağlamlıq durumu kritik olan bir şəxsin həyatı ilə manipulyasiya etməyə heç kimin haqqı yoxdur. Bu nə mənəviyyata, nə də siyasi əxlaqa sığır. pizza sifarişi

Bütün bunlara rəğmən xeyirxah əməlini davam etdirdiyinə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür edir və Oqtay Gülalıyevə Allahdan şəfa diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!