İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, ondan vətəndaşların çoxsaylı şikayətləri var.
İsmayılovun rəhbərlik etdiyi "iamzervacademy" kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib. 50-dən çox şəxsin bu yolla aldadılıb. pizza
Azər İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloggerlər və müğənnilər də reklam edib. Bu yolla vətəndaşların inamını qazanıb.
DİN-in məlumatında da qeyd olunub ki, A.İsmayılov təsisçisi olduğu "iamzerv academy"nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini şəxsin kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.
Telegram kanalımız