Azər Kazımov vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azər Kazımov vəfat etdi - Foto

Hadisə

08 Avqust 2024 18:12 2966


İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov vəfat edib.

"Report"un məlumatına görə, o bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Azər Sadiq oğlu Kazımov 1966-cı il dekabrın 25-də İmişli şəhərində anadan olub. Marqarita pizza

1987-1992-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) stomatologiya fakültəsində, 1992-1993-cü illərdə isə İmişli Rayon Stomatoloji Poliklinikasında internatura təhsili alıb. 1992-ci ildən 2002-ci ilə qədər İmişli Rayon Stomatoloji Poliklinikasında stomatoloq kimi fəaliyyət göstərib.

2002-2021-ci illər ərzində İmişli Rayon Mərkəzi Xəstəxanasında stomatoloq vəzifəsində çalışıb. 2021-ci ildən etibarən həmin xəstəxanada direktorun səlahiyyətlərini icra edən Azər Kazımov 25 noyabr 2022-ci il tarixindən etibarən, tibb müəssisənin direktoru vəzifəsini tutub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!