Azər Qəribin İtaliyada başına iş gəldi

saytların hazırlanması

Evə çatdırılma

Azər Qəribin İtaliyada başına iş gəldi

Sosial

05 Oktyabr 2025 12:13 360


Aparıcı Azər Qəribin İtaliya səfəri zamanı başına iş gəlib.

Yenisbah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Turində olan aparıcı orada keçirilən nümayişlər zamanı polisin gözyaşardıcı qazdan istifadə etdiyini bildirib:

"Turində başımıza iş gəlib. Buraya gələndən səhər və axşam nümayişlər keçirilir. Dünən restoranda şam yeməyindən çıxandan sonra başqa bir məkana çay içməyə getmək istədik. Çıxanda gördük ki, gözümüz acışır, burnumuzun içi göynəyir. Bir də gördük ki, camaat üstümüzə gəlir. Sən demə, növbəti nümayişdir. Gecə saat 11-dir və polis də onları dağıtmağa çalışır. Gözyaşardıcı qaz istifadə ediblər. Evdə pəncərələri bağladıq, kondisioneri yandırdıq. Səhərə kimi qoxu şəhərdən çəkilmədi. Evdən çıxmışam və görürəm ki, qoxu hələ də qalıb". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BU CÜR SƏYAHƏTLƏRIN MİLLƏTƏ NƏ FAYDASI VAR? YAXŞI OLARDI Kİ BU SƏYAHƏTƏ ÇƏKİLƏN XƏRC QAZİ AİLƏLƏRİNIN YAXŞI YAŞAMASINA YÖNƏLDİLƏRDİ.
    7 months ago