"Azərin ürəyi çox təmiz idi, heç kimə pislik etməzdi".
Bu sözləri Oxu.Az-a açıqlamasında aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı və dostu Ramil Babayev deyib.
O bildirib ki, Azər yaşca onlardan kiçik olsa da, ən ağsaqqal da o, idi: Dördpendirli pizza
"Həmişə bizə öyüd-nəsihət verirdi. Biz Allahdan möcüzə gözləyirdik, inanmırdıq ki, Azəri itirərik, amma olmadı. Vəfat səbəbi böyrək çatışmazlığı və beyninə qan sızması olub. Heç kimi incitmədən getdi", - mərhumun dostu qeyd edib.
Telegram kanalımız