Azərbaycan 12 illik təhsilə keçir? – Nazirlik açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan 12 illik təhsilə keçir? – Nazirlik açıqlama yaydı

Sosial

08 Avqust 2025 10:51 368


Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.

Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir: Toyuqlu pizza

məktəbəhazırlıq mərhələsi (5 yaş);

ibtidai təhsil (I-IV siniflər);

ümumi orta təhsil (V-IX siniflər);

tam orta təhsil (X-XI siniflər).

"Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır, - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!