Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 659 021,44 min ABŞ dolları dəyərində 10 444 269,48 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 379 801,81 min dollar dəyərində 2 244 613,64 ton neft ixrac edilib. Toyuqlu pizza
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 917 928,25 min dollar 1 506 660,3 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 15 099 942,85 min dollarlıq 24 199 455,59 ton neft ixrac edib.
Telegram kanalımız