Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb

Hadisə

14 Yanvar 2021 14:28 822


Azərbaycan ən xoşbəxt insanların yaşadığı ilk beş ölkə sırasında yer alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın "Demokratik Təşəbbüslər" Fondu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, Azərbaycanda xoşbəxtlik səviyyəsi 76 faiz təşkil edib. Reytinqdə ilk sıralarda Qırğızıstan (85 faiz), Qazaxıstan (78 faiz), Ekvador (77 faiz) və Kolumbiya (77 faiz) yer alıb. Toyuqlu pizza

Siyahıda ən son sıralarda Ukrayna (14 faiz), Ermənistan (12 faiz), Honq Konq (7 faiz), Qana (0 faiz) və Şimali Makedoniya (-3 faiz) qərarlaşıb.

Sorğu 41 ölkənin əhalisi arasında keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!