“Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini təqdim edib.
Yenisabah.az xəbər verir ki, mütəxəssislər 128 ölkə üçün təhlükəsizlik indeksini hesablayıblar.
Reytinqdə birinci yerdə İslandiya qərarlaşıb. İsveçrə ikinci, Finlandiya isə üçüncü olub. Avropa ölkələriylə yanaşı, ən təhlükəsiz 20 ölkə arasında Qətər, Sinqapur, Yeni Zelandiya və Kanada da yer alıblar. pizza hut
İqtisadiyyatın yüksək inkişaf səviyyəsinə baxmayaraq, Yaponiya və ABŞ yalnız müvafiq olaraq, 43-cü və 65-ci yerdə qərarlaşıblar.
Bu, Yaponiyada təbii fəlakət riskinin yüksək olması, ABŞ-da isə zorakılıqla törədilən cinayətlərin sayının çox olması səbəbindən şəxsi təhlükəsizlik səviyyəsinin az olması ilə bağlıdır.
Azərbaycan isə reytinqdə 71-ci yeri tutub.
Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filippin hesab edilib.
Telegram kanalımız