Azərbaycan - ABŞ anlaşma memorandumu bu tarixədək qüvvədə qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan - ABŞ anlaşma memorandumu bu tarixədək qüvvədə qalacaq

Siyasət

29 Avqust 2025 22:21 412


Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında anlaşma memorandumu İştirakçılar tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və bir il müddətində qüvvədə qalır.

Yenisabah.az xəbər verir ki, memorandum iştirakçıların qarşılıqlı yazılı razılığı ilə uzadıla bilər.

Hər bir İştirakçı istənilən vaxt bu Memorandumda iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf digər İştirakçıya diplomatik kanallar vasitəsilə altmış (60) gün əvvəlcədən yazılı qaydada bildiriş verməlidir. Sezar pizza

Layihələrin davam etmə müddəti: İştirakçılar tərəfindən başqa qərar verilmədiyi təqdirdə, bu Memoranduma xitam verilməsi iki İştirakçı arasında bu Memorandum çərçivəsində artıq başlanmış və tamamlanmamış layihələrə və fəaliyyətlərə təsir göstərmir.

Dəyişikliklər: İştirakçılar qarşılıqlı yazılı qərarla bu Memorandumu dəyişdirilə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!