Azərbaycan ağırlıqqaldıranı Moldovada üç qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ağırlıqqaldıranı Moldovada üç qızıl medal qazandı

İdman

07 İyul 2023 15:54 1299


Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Kişineuda keçirilən Avropa çempionatında üç qızıl medal qazanıb.

Yenisabah.az xəbər verir ki, yaşı 15-ədək olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 118 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına sahib çıxıb.

O, təkanla qaldırmada da uğurlu çıxışla yadda qalıb. Heydərov 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub. pizza mizza

Toplam 257 kq (118+139) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!