Azərbaycan-Avropa İttifaqı iclas keçirir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Avropa İttifaqı iclas keçirir

Siyasət

02 Aprel 2019 18:03 873


4 apreldə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək. 

"Yeni Sabah" xəbər verir ki, iclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcəklər.

İclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!