Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı

İdman

02 İyul 2023 13:54 1070


Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.

“Report”un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, full-kontakt növündə 63,5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksinqçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. pizza sifarişi

Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretskaya və Tural Ağalarzadə hamıdan güclü olmağı bacarıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!