“Azərbaycan avtomobilləri yeni alternativ yoldan niyə keçir?” - Ermənilərin yeni “dərdi”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan avtomobilləri yeni alternativ yoldan niyə keçir?” - Ermənilərin yeni “dərdi”

Rəsmi

03 Sentyabr 2022 19:14 2357


“Azərbaycan avtomobilləri yeni alternativ yoldan niyə keçir?” – Qəribə sualdır… Azərbaycan öz torpağında öz hesabına yol çəkib, yoldan istifadə üçün ermənilərdən icazə almalıdır..? Çox absurd və gülünc “fikir” ancaq ermənilərin ağlına gələ bilər.

Yenisabah.az xəbər verir ki, Qarabağ ilə Ermənistanı birləşdirən dəhlizdən Azərbaycan avtomobillərinin yeni marşrut üzrə keçməsi erməniləri narahat edib. Onlar bu barədə Qarabağdakı qondarma quruma yazılı sorğu göndəriblər.

Qondarma qurumdan verilən məlumata görə, azərbaycanlı sürücülər keçmiş marşrut üzrə dislokasiya və yeni marşruta köçürülən sülhməramlı qüvvələrin dayaq məntəqələrinin köçürülməsi işində iştirak ediblər. Bütün bunlar razılaşdırılıb. Marqarita pizza

Qeyd edək ki, sentyabrın 1-də Ermənistandan Qarabağa gedən çəkiliş qrupu yeni alternativ müvəqqəti yoldan Azərbaycan avtomobillərinin də keçdiyini qeydə alıb və bu xəbər erməniləri təşvişə salıb.

Xatırladaq ki, avqustun 30-dan etibarən Qarabağdan Ermənistana alternativ marşrutla hərəkət həyata keçirilir. Yol tam asfaltlanıb. Əsas yolun Qarabağdan keçən hissəsinin tikintisini Azərbaycan tərəfi həyata keçirib, tikinti iyulda başa çatdırıb. Avqustun 4-də başlayan yolun Ermənistan hissəsinin isə gələn ilin yazında başa çatdırılması planlaşdırılır./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!