Azərbaycan bankları bayram günlərində işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bankları bayram günlərində işləyəcək

İqtisadiyyat

25 İyun 2023 17:15 5061


Azərbaycanda 26 iyun-2 iyul qeyri-iş günlərində bankların filialları və şöbələri, valyuta mübadiləsi məntəqələri və “Azərpoçt” MMC-nin bəzi şöbələri fəaliyyət göstərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

"Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 121 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 105 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək. pizza

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt” MMC-nin satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə buradan tanış olmaq mümkündür", - deyə AMB bəyan edib.

Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. Onların 483 filialı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!