Azərbaycan bayrağı Konya səmasında dağlandırıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bayrağı Konya səmasında dağlandırıldı - Fotolar

Rəsmi

29 May 2021 16:28 1005


Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin növbəti günündə senariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib. Pepperoni pizza

Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirərək, ekipaj üzvlərini ərazidən təxliyə edib.

Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dağlandırılıb.

Təlim iyunun 4-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!