Azərbaycan bayrağı Şuşada ucala bilər... – Ovannisyan

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bayrağı Şuşada ucala bilər... – Ovannisyan

Siyasət

06 Noyabr 2020 07:39 5370


Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan son açıqlamasında olduqca ilginc məqama toxunub.

“Yeni Sabah” xəbər verir ki, o, hər bir Azərbaycan əsgərinin üzərində dövlət bayrağının olduğunu bildirib.O etiraf edib ki, azərbaycanlı diversantlar Şuşada dövlət bayrağını ucalda bilərlər: “Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qaldıracaqlarını istisna etmirik”.

Başqa sözlə desək, Ovannisyan faktiki olaraq Şuşa uğrunda döyüşlərin məntiqi nəticəsinə öz auditoriyasını hazırlamağa çalışıb və iddia edib ki, elə foto-videolar görsəniz, inanmayın, çünki Azərbaycan əsgəri bayraq qaldırandan sonra, şəkil çəkərək, “çıxıb gedirlər”. Sezar pizza

Deyəsən, ermənilər də Azərbaycan əsgərinin Şuşada bayraq qaldırandan sonra “çıxıb gedəcəyinə” inanmadığını nümayiş etdirib. Təsadüfü deyil ki, Ovannisyan buna görə bərk pəjmürdə olub və əhalini ona inanmamaqda ittiham edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!