Azərbaycan - Belçika oyununun biletləri satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan - Belçika oyununun biletləri satışa çıxarıldı

İdman

21 Avqust 2023 12:39 790


Azərbaycan millisinin Avro-2024-ün seçmə məhələsində Belçikaya qarşı keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 10 və 50 manat təşkil edir. 

Azarkeşlər biletləri ASAN 2 (8 noyabr prospekti 23, AMAY TM, 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), ASAN 4 (Bakıxanov qəs., Sülh küç. 197), ASAN Sumqayıt (Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bülbül prospekti, Nizami küç.) və Heydər Əliyev Sarayının kassasından (Bülbül pr.35) əldə edə bilərlər. pizza sifarişi

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Belçika matçı saat 17:00-da start götürəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!